Manatın ucuzlaşması davam edir - MƏZƏNNƏ

Manatın ucuzlaşması davam edir - MƏZƏNNƏ
09:54 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün dekabrın 24-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 24-ü ilə müqayisədə 0,08% və ya 0,0012 manat artaraq 1,554 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,41% və ya 0,0069 manat artaraq 1,7043 manata düşüb.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,9% və ya 0,0002 manat ucuzlaşaraq 0,0221 manat olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR