Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Döyülərək zorlandıqdan sonra intihar edən erməni əsgəri ilə bağlı cinayət işi məhkəməyə verilib

Date: 25 December 2015 10:07

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, kiçik çavuş Miqran Ovakimyan və 20 yaşlı əsgər Gevork Kazaryana qarşı qəsdən adam öldürmə və zorakılıq maddələri üzrə ittiham irəli sürülərək, barələrində qətimkan tədbiri seçilib, öldürüldüyü iddia edilən əsgərin bölük komandiri, gizir Araik Sukiasyanın dilindən iltizam alınaraq, sərbəst buraxılıb.
İttihama əsasən, əsgər Albert Safaryana həm işgəncə verilib, həm də təhqir edilib. Bundan sonra o, avtomat silahla özünü vuraraq, intihar edib.
Qeyd edək ki, Ermənistan ordusunun əsgəri Albert Safaryanın meyiti bu il fervralın 27-də çənəsinin altından güllələ yarası almış vəziyyətdə aşkar edilmişdi. Əsgərin yoldaşları tərəfindən zorlanaraq özünü öldürmə həddinə çatdırıldığı ehtimal olunur.
Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycanın işğal altında olan  Dağlıq Qarabağ bölgəsində xidmət edən 19 yaşlı erməni əsgəri Narek Arutyunyanın da intihar etdiyi barədə xəbər yayılmışdı. O da çənə nahiyəsindən aldığı güllə yarasından ölüb. Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Ermənistandakı hüquq müdafiəçiləri bildirib ki, dövlət orqanları ordudakı intihar hadisələrini gizlədir və məhkəmələr bir qayda olaraq, hərbi prokurorluğun versiyasını dəstəkləyir.

Tags:  Döyülərək zorlandıqdan sonra intihar edən erməni əsgəri bağlı cinayət işi məhkəməyə verilib

RƏYLƏR


Top news