Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Otel mənim yox, həyat yoldaşımındır" - Manana

"Otel mənim yox, həyat yoldaşımındır" -  Manana

Date: 25 December 2015 10:16

“Hələ ki ağ saçlarım yoxdur, dəyişməyi düşünmürəm. Manananı qırmızı saçlarla görməyəcəksiniz”.

Bu sözləri Axşam.az- açıqlamasında əməkdar artist Manana deyib. O, imicini dəyişməsi ilə bağlı sualları cavablandırıb:

“Mənim öz stilim var. Bunu dəyişməyi düşünmürəm. İnsani xüsusiyyətlərimi də dəyişmək istəmərəm. Həyatda mənim üçün daha vacib məqamlar var. Yeni ildən məni tək müğənni yox, aktrisa kimi də görəcəksiniz. Yumor janrında olan bir filmdə rol almışam”.

Müğənni həyat yoldaşı Georginin Gürcüstandakı otel biznesindən də bəhs edib:

“Bu otel mənim yox, həyat yoldaşımın, bizim ailəmizindir. Mənimlə tanış olmazdan əvvəl də var idi. Onun işlərinə qarışmıram. Çox ağıllı insandır. Bu devalvasiya hallarına da hazırdır. Rahat işləyir. Biznes mənlik deyil, sənət insanıyam. Ən böyük uğurum yeni mahnı, konsert və qastrollarımdır”.

Qeyd edək ki, Manananın bir qız, bir oğlan övladı var.

Tags:  Otel mənim yox həyat yoldaşımındır Manana

RƏYLƏR


Top news