Kanales Premyer Liqa klubundan qovuldu

Kanales Premyer Liqa klubundan qovuldu
10:22 25 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanalesin Rusiya Premyer Liqasındakı karyerası başa çatıb. Fanat.az xəbər verir ki, "Krılya Sovetov" çilili forvadrla yollarını ayırıb.


Bu barədə Samara təmsilçisinin seleksiyaçı meneceri Maksim Lyapin açıqlama verib: "Kanaleslə anlaşmamız çox anidən alındı. Həmin vaxt bütün hücumçularımız zədəli idi və biz vəziyyəti sığortalamağa çalışdıq. Dərhal Kanaleslə anlaşdıq. Ancaq əməkdaşlığımızın alınmayacağı təqdirdə onun komandadan konpensasiya almadan getməsinə razılaşdıq". 


2012/2013 və 2014/2015 mövsümlərində "Neftçi"də oynayan Kanales keçirdiyi 59 oyunda 39 qola imza atıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kanales-premyer-liqa-klubundan-qovuldu-t46403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR