Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaricdə yaşayan azərbaycanlıların Dövlət Komitəsinə müraciəti qaydaları təsdiqləndi

Date: 25 December 2015 10:23

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

Trend-in məlumatına görə, reqlamentə əsasən xaricdə yaşayan azərbaycanlıların müraciətləri elektron qaydada qəbul ediləcək.

Bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, еləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin (bundan sonra - müraciət) Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edir.

Müraciətə “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri nəzərə alınmaqla ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Xaricdə yaşayan azərbaycanlıların Dövlət Komitəsinə müraciəti qaydaları təsdiqləndi

RƏYLƏR


Top news