Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Ellada Məmmədli: "ADR partiyaya çevrilməyəcək"

Date: 25 December 2015 10:27

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərakatının sədr müavini Ellada Məmmədli deyib.
O bildirib ki, hərəkatın fəaliyyət proqramı yalnız qurultayda dəyişdirilə bilər: "ADR ona görə yaranıb ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, kütləvi halda Azərbaycanın Demokratiya və Rifahına birlikdə nail olaq. Bunu nəzərə alaraq deyə bilərəm ki, ADR yaxın illərdə partiyaya çevrilməyəcək".
E.Məmmədli qeyd edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq: "ADR sədri Qubad İbadoğlu ölkədə deyil. Qubad bəy Azərbaycana dönəndən sonra nazirliyə müraciət edəcəyik. Artıq, sənədlər də hazırdır".
Qeyd edək ki, hərəkat bu ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılıb.

Tags:  Ellada Məmmədli ADR partiyaya çevrilməyəcək

RƏYLƏR


Top news