Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb

Date: 25 December 2015 10:32

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
""Mərkəz" yatağı Rusiya şirkətlərinə aid olmadığından, biz buruq üçün avadanlıq ala bilmirik. Bir yataqda isə qurğu inşa etmək məntiqi deyil. Ona görə də "Gazprom"la işlərə bir az fasilə verməyi qərara aldıq. Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik", - "LUKOYL"un prezidenti Vahid Ələkbərov Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalardan danışarkən bildirib.
Qeyd edək ki, "Mərkəz" strukturu Xəzərin mərkəz hissəsində, Rusiya lə Qazaxıstan arasındakı sərhəddə yerləşir. Oradakı işləri "TsnetrKaspneftqaz", "Gazprom" müəssisələri və Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə "LUKOY" birlikdə görürdülər.
2008-ci ildə həmin ərazidə 169,1 milyon ton neft-qaz kondensat ehtiyatının olduğu aşkarlanıb.

Tags:  Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb

RƏYLƏR


Top news