Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çində reketliklə məşğul olan jurnalist həbs edilib

Çində reketliklə məşğul olan jurnalist həbs edilib

Date: 25 December 2015 10:33


Pekin, 25 dekabr, AZƏRTAC
Çində “21st Century Media Co. Ltd.” şirkətinin keçmiş rəhbəri Şen Xao reketliklə məşğul olduğuna görə həbs edilib.
Şanxayın Pudon rayon məhkəməsinin qərarına əsasən, müxtəlif şirkətləri onlar haqqında mənfi xəbərlər yaymaqla şantaj edən Şen Xao 4 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, 60 min yuan (9300 ABŞ dollar) cərimə olunan Şen Xaonun cinayət yolu ilə əldə etdiyi əmlakı da müsadirə olunub. Məhkəmənin qərarı bununla da kifayətlənməyib. Belə ki, “21st Century Media Co. Ltd.” şirkəti də 9,5 milyon yuan (1,46 milyon dollar) cərimə olunub.
İstintaq zamanı müəyyən edilib ki, Şen Xao və onun rəhbərlik etdiyi media şirkəti 2009-2014-cü illər ərzində 9 şirkətdən şantaj yolu ilə ümumilikdə 1,1 milyon dollardan çox pul qoparıb. Bundan başqa, 70 şirkət şantaj edilərək “21st Century Media Co. Ltd.” ilə təxminən 3 milyon dollar məbləğində reklam müqaviləsi imzalayıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Tags:  Çində reketliklə məşğul olan jurnalist həbs edilib


RƏYLƏR


Top news