Şair Məmməd Dəmirçioğlu vəfat edib

Şair Məmməd Dəmirçioğlu vəfat edib
10:49 25 Dekabr 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın böyük ziyalısı, rəssam, şair Məmməd Dəmirçioğlu bu gün səhərə yaxın qəfil ürək tutmasından dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, dəfn sabah Məmməd Dəmirçioğlunun dünyaya göz açdığı Qazaxın Qaymaxlı kəndində olacaq.

 

Qeyd edək ki, M.Dəmirçioğlu 1951-ci ildə anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olub. Oranı fərqlənmə ilə bitirib, 1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Namanqan, Andican, Samarqand və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərib. İyirmi Yanvar faciəsindən sonra vətənə qayıdıb və Bakı şəhərində yaşayıb fəaliyyət göstərib. Uzun müddət yazdığı şeirləri heç bir mətbu orqanda dərc etdirməyib və "Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görüb. Ardınca "Eşqəm", "Səhra gülləri" və 2011-ci ildə 60-cı yaşının "Söz-söz açılan göy üzü" kitablarını nəşr etdirib. AYB-nin üzvü olub.

 

Allah rəhmət eləsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR