Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir vəzifəli şəxs korrupsiyaya görə tutuldu

Daha bir vəzifəli şəxs korrupsiyaya görə tutuldu

Date: 25 December 2015 10:57

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən APA-ya Y.İbrahimovun tutulması faktını təsdiqləyiblər.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Tags:  vəzifəli şəxs korrupsiyaya tutuldu


RƏYLƏR


Top news