“Azəryolservis” ASC-nin kollektivi tərəfindən ağacəkmə aksiyasında 5000 ağac əkilib

“Azəryolservis” ASC-nin kollektivi tərəfindən ağacəkmə aksiyasında 5000 ağac əkilib
11:03 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin kollektivləri tərəfindən Bakı Dairəvi-I avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1, 2, 6 saylı Yol Yaşıllaşdırma və Avtomobil Yollarının Ekologiyası MMC-lərinin kollektivlərinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib.
Aksiya zamanı 5000 ədəd Eldar şamı, sərv və digər növ ağac əkilib. Əkilən ağaclar cəmiyyətin 3 saylı Salyan və 5 saylı Şəki Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahəsində yetişdirilib.
“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 kilometr magistral və 1829 kilometr respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 kilometr avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir. Bu ilin yanvar-dekabr aylarında 93 min 380 ədəd, ümumilikdə 456,0 hektar ərazidə 273 min 674 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 136 min 157 ədəd, o cümlədən 895 min 625 ədəd çoxillik ağac mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeryolservis_ASC_nin_kollektivi_terefinden_agacekme_aksiyasinda_5000_agac_ekilib-914221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR