Azərbaycanın Qırğızıstana göndərdiyi humanitar yardım ünvana çatdırıldı

Azərbaycanın Qırğızıstana göndərdiyi humanitar yardım ünvana çatdırıldı
11:08 25 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Qırğızıstana göndərdiyi humanitar yardım ünvana çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) cari ilin dekabr ayının 7-də Azərbaycan hökuməti adından Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb. Bu barədə Trend FHN-in saytına istinadən məlumat verir.

Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR