Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Enerji Sisteminin gücü 7145,4 meqavata çatdırılıb

Azərbaycanın Enerji Sisteminin gücü 7145,4 meqavata çatdırılıb

Date: 25 December 2015 11:08


Bakı, 25 dekabr, Nihad Budaqov, AZƏRTAC
Son on ildə Azərbaycanın Enerji Sisteminin gücü 5160,7 meqavatdan 7145,4 meqavata çatdırılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na müvafiq olaraq son 10 il ərzində respublikada 2310 meqavata yaxın qənaətcil, son elmi-texniki nailiyyətlərə cavab verən qabaqcıl texnologiyalar əsasında yeni elektrik stansiyaları işə salınıb. Hazırda Azərbaycanda ümumi gücü 7145,4 meqavat olan 15 istilik və 16 su elektrik stansiyaları (bunlardan 6-sı kiçik SES-dir) fəaliyyətdədir. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində respublikanın enerji təhlükəsizliyi təmin edilib və ixrac potensialına malik olub. Son 10 ildə Azərbaycanın Energetika Sisteminin generasiya gücü 40 faizədək artıb və yenilənib. Hazırda respublikanın ehtiyat gücü 2500 meqavat təşkil edir.

Tags:  Azərbaycanın Enerji Sisteminin gücü 7145 meqavata çatdırılıb


RƏYLƏR


Top news