Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın 1 milyonluq yardımı Qırğızıstana çatıb

Azərbaycanın 1 milyonluq yardımı Qırğızıstana çatıb

Date: 25 December 2015 11:09

Azərbaycanın göndərdiyi humanitar yardım dekabrın 24-də Qırğızıstana çatıb.

 

Bu barədə APA-ya AzərbaycanFövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edək ki, Azərbaycan FHN Qırğızıstanda baş vermiş güclüzəlzələ ilə əlaqədar prezidentİlham Əliyevin tapşırığı ilə  bu ölkəyə bir milyon manat dəyərində humanitar yardım göndərib.

 

Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 000 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir.

 

Yardım avtomobillərlə göndərilib.

 

Xatırladaq ki, bu ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib. Təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycana müraciət edib. 


Tags:  Azərbaycanın milyonluq yardımı Qırğızıstana çatıb

RƏYLƏR


Top news