Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Harrison Ford alış-verişə yollandı, kuklanı sındırdı - FOTO

Harrison Ford alış-verişə yollandı, kuklanı sındırdı - FOTO

Date: 25 December 2015 11:12

Dünyanın ən məşhur aktyorlarından biri Harrison Ford dünən sevimli ticarət mərkəzinə yollanaraq orada alış-veriş edib.
"Gümüş Tülkü" ləqəbli 73 yaşlı aktyor ABŞ-ın Los-Anceles şəhərindəki "Brentwood Country Mart"da olarkən reportyorların kameralarından yayına bilməyib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən çikaqolu olan aktyor "İndiana Cons" və "Han Solo" rolları ilə dünyaca məşhurlaşıb.

O, "Ulduz savaşları" kinosaqasının son filmi olan "Star Wars: The Force Awakens Episode VII"da baş rola çəkilib və buna görə 20 milyon dollar alıb.
Aktyorun dediyinə görə, üçüncü nikahda olduğu xanımı Kalista Folkhart və oğulluğu, 15 yaşlı Layamla birlikdə Milad Bayramını Los-Ancelesdə qeyd edəcək.

"Star Wars: The Force Awakens Episode VII" artıq yeni rekord vurub. Bu film ekranlara çıxandan bəri artıq 700 milyon dollar yığıb və 1 milyard dollarlıq rekordun bu həftəsonu qeydə alınacağı gözlənilir.
Aktyor tanınmış teleaparıcı Cimmi Fallonun "The Tonight Show" proqramına da qonaq olub. Studiyada o, filmin çəkilişlərində topuğunu burxutmasından danışıb və bunu Han Solonun kuklası vasitəsilə "əyani" göstərib.

Milli.Az














Tags:  Harrison Ford alış-verişə yollandı kuklanı sındırdı FOTO

RƏYLƏR


Top news