Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ-da qaz sızması iki min ailənin köçürülməsi ilə nəticələnib

ABŞ-da qaz sızması iki min ailənin köçürülməsi ilə nəticələnib

Date: 25 December 2015 11:17

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında təbii qaz saxlancı anbarından qaz sızması iki mindən çox ailənin köçürülməsi ilə nəticələnib.
"Report" "RİA Novosti"yə istinadən xəbər ki, Porter Ranç şəhərinin yaxınlığındakı qaz anbarından sızma olduğu hələ oktyabrın sonlarında bəlli olmuşdu. Amma geridə qalan bu müddətdə ölkənin ən böyük qaz anbarlarından birindəki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Nəticədə şəhər sakinlərinin müvəqqəti köçürülməsinə qərar verilib.
Məhkəmə razılaşmasına əsasən, "SoCal Gas" qaz şirkəti Porter Rançın köçməyə razılıq vermiş bütün sakinlərini müvəqqəti yaşayış yeri ilə təmin etməlidir. AFP-nin məlumatına görə, hələlik bu imkandan iki mindən çox ailə istifadə edib. Yüzlərlə ailə isə fərdi qaydada yaşayış yerini dəyişib.
Şirkət qaz sızmasının qarşısının tam alınması üçün hələ bir neçə ay da vaxt lazım gələcəyini bildirib. Onlar metanın havada sürətlə həll olunduğunu və insan sağlamlığı üçün təhlükə doğurmadığını iddia edir.

Tags:  ABŞ-da qaz sızması iki min ailənin köçürülməsi nəticələnib

RƏYLƏR


Top news