Manatın devalvasiyası Hadisəni də "vurdu"

Manatın devalvasiyası Hadisəni də "vurdu"
11:21 25 Dekabr 2015
69 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın üzən məzənnəyə keçməsi, manatın devalvasiyası Türkiyənin tanınmış sənətçisi Hadisəni də "vurub". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, neftin qiymətinin qırmızı xətti keçməsi - 40 dollardan da aşağı düşməsi müğənnilərin də büdcəsinə təsirsiz ötüşməyib.

Xüsusilə Yeni il bayramında Azərbaycanda çıxış etməyə hazırlaşan türk müğənnilərinin.

Devalvasiyanın ilk qurbanlarından buiri də Hadisə olub. Belə ki, Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. Bunun üçün o 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb.

Lakin manatın düşməsindən sonra ifaçının konserti təxirə salınıb. Bunun əvəzində isə o, Hatay bələdiyyəsinin təşkil etdiyi bayram konsertində səhnəyə çıxacaq. Bunun üçün o 600 min lirə alacaq.

Xatırladaq ki, Azərbaycan manatı dekabrın 21-dən üzən məzənnə siyasətinə keçib. Manatın il ərzində ikinci devalvasiyasından sonra 1 dollar 1,5540 manata kimi yüksəlib. Bundan öncə isə dolların məzənnəsi 1,05 ətrafında dəyişirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR