“Sənədsiz məktəbli qalmasın” aksiyası Bakıda da davam edir

11:23 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakıda da yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başladılıb. Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Senedsiz_mektebli_qalmasin_aksiyasi_Bakida_da_davam_edir-914231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR