Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulun 3-cü aeroportunda inşa ediləcək Hava Dispetçer Qülləsinin layihəsi seçilib

Date: 25 December 2015 11:28


Bakı, 25 dekabr, AZƏRTAC
Dünyanın ən böyük aviasiya mərkəzi layihələrindən biri kimi qəbul edilən İstanbulun 3-cü aeroportunun Hava Dispetçer Qülləsi üçün dünyanın önəmli simalarının iştirak etdiyi konsepsiya dizayn müsabiqəsi başa çatıb. Müsabiqədə dünyanın aparıcı şirkətləri bir-birindən maraqlı layihələri ilə iştirak edib.
AZƏRTAC airporthaber.com saytına istinadla xəbər verir ki, müsabiqənin qalibi dünyanın tanınmış şirkətlərindən olan AECOM və "Pininfarina" seçilib. Qüllənin ilham mənbəyi lalə çiçəyi olub.
“İstanbul yeni hava limanı” şirkətinin icraçı direktoru Yusif Akçayoğlu qeyd edib ki, çətin bir seçim prosesindən sonra AECOM və "Pininfarina" şirkətlərinin "Lalə çiçəyindən ilhamlanaraq hazırladığı qüllə dizaynı" müsabiqənin qalibi oldu. Qüllənin inşasına gələn ilin may ayında başlanılacaq. Hava Dispetçer Qülləsinin 2017-ci ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılır.


Tags:  İstanbulun 3-cü aeroportunda inşa ediləcək Hava Dispetçer Qülləsinin layihəsi seçilib


RƏYLƏR


Top news