Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin Sərəncamına əsasən bu il Balakəndə 7 artezian quyusu qazılıb

Prezidentin Sərəncamına əsasən bu il Balakəndə 7 artezian quyusu qazılıb

Date: 25 December 2015 11:28


Balakən, 25 dekabr, AZƏRTAC
Balakən rayonunun Katex və Talalar kəndlərində yeni subartezian və artezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib. Quyuların qazılması Azərbaycan Prezidentinin ötən ilin dekabrında imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq həyata keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, həmin Sərəncama əsasən, 2015-ci ildə Balakən rayonunun kəndlərində 7 subartezian və artezian quyusunun qazılması nəzərdə tutulurdu. Sərəncamın icrası artıq tam təmin olunub.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Talalar kəndində daha bir artezian quyusu bərpa olunaraq istismara verilib.
Hazırda SOCAR və “Azərsu” ASC tərəfindən rayonun Sarıbulaq və Hənifə kəndlərində yeni quyular qazılır.


Tags:  Prezidentin Sərəncamına əsasən bu il Balakəndə artezian quyusu qazılıb


RƏYLƏR


Top news