BANM-in saytı ikinci oldu

BANM-in saytı ikinci oldu
11:32 25 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi veb-səhifəsi olan www.bhos.edu.az Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində fəal iştirak edərək II yerin qalibi olub.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Milli Net 2015 müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimində iştirak edən BANM-in Elektron tədris şöbəsinin rəisi Şərif Xurşudova www.bhos.edu.az saytının Milli İnternet Mükafatı - Milli Net 2015-in Elm və təhsil Nominasiyası üzrə II yeri tutduğuna görə qalib diplomu təqdim olunub.

Qeyd edək ki, dörd ay müddətində davam edən Milli Net 2015 yarışmasında 14 nominasiya üzrə 299 internet resursu iştirak edib və Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan Münsiflər Heyəti BANM-in rəsmi saytını 97 nominant arasından II yerə layiq görüb. Artıq 7-ci ildir təşkil olunan Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.

Xatırladaq ki, BANM-in rəsmi veb-səhifəsinin təqdimatı 14 aprel 2015-ci il tarixində keçirilib. Ölkənin elm və təhsil üzrə ən universal internet resursu sayılan BANM-in rəsmi saytı Ali Məktəbin fəaliyyəti ilə yanaşı, keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında geniş məlumatları özündə əks etdirir. Sayt əcnəbilərin BANM haqqında məlumat əldə etməsi üçün Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir. Saytda, həmçinin tələbələrin dərsə davamiyyətinə nəzarət etmək və imtahan nəticələri haqqında operativ məlumat əldə etmək üçün onlara və onların valideynlərinə xüsusi imkanlar yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR