Tanınmış şair və rəssam vəfat etdi

Tanınmış şair və rəssam vəfat etdi
11:32 25 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış şair Məmməd Dəmirçioğlu vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a şairin yaxın dostu Mehman Əhməd məlumat verib. Onun sözlərinə görə, Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib:

"Məmməd Dəmirçioğlu bir az əvvəl ürək tutmasından vəfat edib. Onun ölüm xəbərini mənə kürəkəni Babək dedi".

Qeyd edək ki, Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində - Qaymaqlı kəndində dünyaya gəlib. O, "Dəmirçioğlunu dindir", "Eşqəm", "Səhra gülləri", "Söz-söz açılan göy üzü" kimi kitabların müəllifidir.

Mərhum şairin şeirlərindən birini təqdim edirik:

***

Bu gün yenə gün doğdu,

Demək varmış sabahlar.

Hər gün yaşanıb gedən

Arzularmış sabahlar.

Dan üzündən doğan gün,

Qürubdaca boğuldu.

Kim bilir bu gün yenə

Kim öldü, kim doğuldu.

Bu gecə zinriyində

Kimi acdı, kimi tox.

Görünmür ay işığı,

Dünən vardı, bu gün yox.

Saban gün doğaçqmı,

Nələr olacaq sabah?

Bu sirrlərin içində,

Yaxşı ki varsan, Allah!

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR