Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İstedadlar sorağında” muxtar respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İstedadlar sorağında” muxtar respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb

Date: 25 December 2015 11:38


Naxçıvan, 25 dekabr, AZƏRTAC
Bədii özfəaliyyət kollektivlərinin “İstedadlar sorağında” muxtar respublika baxış-müsabiqəsinin qaliblərinin yekun konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək ümummilli lider Heydər Əliyevin sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirdiyini bildirib.
Qeyd edilib ki, Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə birinci yerə rəqs ifaçılığı nominasiyası üzrə Culfa Rayon Mədəniyyət Evindən Aysu Kazımlı, bədii qiraət nominasiyası üzrə Şahbuz Rayon Mədəniyyət Evindən Qızbəsti Quliyeva, xalq, bəstəkar mahnıları və muğam ifaçılığı nominasiyası üzrə Naxçıvan şəhər 4 nömrəli mədəniyyət evindən Arzu Səfərov layiq görülüblər.
Mükafatlandırmadan sonra bədii özfəaliyyət kollektivlərinin muxtar respublika baxış-müsabiqəsi qaliblərinin yekun konserti olub.


Tags:  İstedadlar sorağında muxtar respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb


RƏYLƏR


Top news