Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" Azərbaycan çempionatında 8 medal qazandı

"Qəbələ" Azərbaycan çempionatında 8 medal qazandı

Date: 25 December 2015 11:41

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.


İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun üzvləri də iştirak ediblər. Bakı İdman Sarayında təşkil olunan yarışda klub həm kişilər, həm də qadınların yarışında təmsil olunub. “Qəbələ” 28 cüdoçu ilə qatıldığı çempionatda 8 medal qazanıb. Bunlardan üçü kişilərin yarışına təsadüf edib. 60 kq çəki dərəcəsində Vüqar Şirinli, +100 kq çəki dərəcəsində Uşanqi Kokauri bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Cəlil Şükürov isə yalnız finalda uduzaraq, gümüş medala yiyələnib.

Qadınların mübarizəsində "Qəbələ" cüdoçuları 5 mükafat əldə ediblər. Şəhanə Alməmmədova 57 kq çəki dərəcəsində hamıdan güclü olub. 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı yalnız finalda uduzaraq, gümüş mükafata yiyələnib. Fəridə Qurbanova (63 kq), Nərminə Əlizadə Lalə Gülbalayeva ( hər ikisi 70 kq) Azərbaycan çempionatını 3-cü pillədə başa vurublar.

Beləliklə, "Qəbələ" İdman Klubunun cüdoçuları yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla yekunlaşdırıblar.


Tags:  Qəbələ İdman klubu cüdo Azərbaycan çempionatı 8 medal


RƏYLƏR


Top news