Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda yol-nəqliyyat hadisəsi: 25 ölü

Əfqanıstanda yol-nəqliyyat hadisəsi: 25 ölü

Date: 25 December 2015 11:48


Bakı, 25 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Əfqanıstanın şimalındakı Samanqan vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər həlak olub, 18-i yaralanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Samanqanın polis rəisinin sözçüsü Munri Rəhimi paytaxt Kabildən Məzari Şərif şəhərinə gedən bir sərnişin avtobusunun Samanqanın Həzrəti Sultan bölgəsində qarşıdan gələn tırla toqquşaraq dərəyə yuvarlandığını deyib. Qəzadan sonra aralarında uşaq və qadınların da olduğu 25 nəfərin öldüyünü deyən M.Rəhimi yaralanan 18 nəfərin isə Samanqan Dövlət Xəstəxanasına çatdırıldığını qeyd edib.
Qəzaya avtobusun sürət həddinin aşmasının səbəb olduğu bildirilir.

Tags:  Əfqanıstanda yol-nəqliyyat hadisəsi 25 ölü


RƏYLƏR


Top news