Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Cüdo üzrə yeni Azərbaycan çempionları müəyyənləşib

Cüdo üzrə yeni Azərbaycan çempionları müəyyənləşib

Date: 25 December 2015 11:48


Bakı, 25 dekabr, AZƏRTAC
İki gün davam edən cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçırılmış turnirdə paytaxt Bakı, eləcə də respublikamızın 23 şəhər və rayonunu təmsil edən 341 cüdoçu mübarizə aparıb. Yarışın ikinci günündə böyüklər arasında qaliblər müəyyənləşib.
Heydərov Hidayət (73 kq), Elvin Əhmədli (81kq), Rüstəm Alimli (-90kq), Məmmədov Elxan (-100kq), Uşangi Kokuauri (+100kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İdmançılar 41 idman klubu və cəmiyyətini təmsil ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların sonunda 14 cüdoçu qızıl, 13 gümüş və 23 atlet bürünc medal qazanıblar. Fəxri kürsüyə qalxan cüdoçulara medallar, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 10250 (on min iki yüz əlli) manat olub. Birinci yerin sahiblərinə 300 manat, ikinci pilləni tutanlara 200 manat və üçüncü yerlərə sahib olanlara isə 150 manat pul mükafatı verilib.

Tags:  Cüdo üzrə yeni Azərbaycan çempionları müəyyənləşib


RƏYLƏR


Top news