Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu mesajı alsanız "WhatsApp"ınız çökə bilər (FOTO)

Bu mesajı alsanız "WhatsApp"ınız çökə bilər (FOTO)

Date: 25 December 2015 11:51

Ani mesajlaşma proqramı olan "WhatsApp" istifadəçilər üçün çox önəmli olan bir xətanı aşkarlayıb.

ANS PRESS-in məlumatına görə, populyar mesajlaşma proqramının hər hansı bir istifadəçisi başqa bir istifadəçinin "WhatsApp"nı çökdürə bilər. Bunun üçün bir istifadəçinin digərinə 4 min "smayl"dan ibarət ismarış atması ilə çökdürmək mümükündür.

İstifadəçilərin öz proqramlarını bu təhlükədən qoruması üçün bütün söhbət siyahılarını təmizləmələri kifayətdir.

Proqramdakı bu xəta İndrajeet Bhuyan adlı bir istifadəçi tərəfindən aşkar edilib. Bu vəziyyət "WhatsApp"da 2000 sözdən ibarət mesaj göndərdikdən sonra yaranan problemdən fərlənmir.



Ötən il mesajlarda icazə verilən obraz miqdarını məhdudlaşdıraraq proqramçılar bu səhvi düzəldiblər.

"WhatsApp"ın android sistemi üçün yayımlanan son variantını Marshmallow, Lollipop və Kitkat istifadə edən proqramlarda test edilərkən təhlükəsizlik sistemində bir çox xətaların olduğu ortaya çıxdı.

Əlavə olaraq "Chrome" və "Firefox" ilə istifadə olunan "WhatsApp Web" proqramı da təhlükə qarşısındadır. "Windows Phone" və iOS sistemlərinin isə hücumlara qarşı davamlılığı hələ müəyyən edilməyib.

Tags:  mesajı alsanız WhatsAppınız çökə bilər FOTO


RƏYLƏR


Top news