"Eldar Mahmudovdla biznes əlaqəm olmayıb" - Cahangir Hacıyev "içəridən" mesaj göndərdi

"Eldar Mahmudovdla biznes əlaqəm olmayıb" - Cahangir Hacıyev "içəridən" mesaj göndərdi
11:52 25 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib.

Milli.Az xəbər verir ki, C.Hacıyevin yaxınları tərəfindən report-a təqim olunan müraciətdə deyilir:

"Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı "Azərbaycan Beynəlxalq Bankı"nın törəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub. İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də Fitch kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orada verilən istənilən kredit portfeli tam təminatlı olub".

C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu banklar vasitəsilə biznes əlaqəsi olmasına dair mətbuatda yer alan iddialara da münasibət bildirib: "Qeyd etmək istəyərəm ki, Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb. Mətbuatda gedən bu informasiyalar cəfəngiyyatdır. Bir neçə gün öncə, həmçinin MBA Moskva Bankının rəhbəri Yaşar Səfərovun da adını mənimlə bağlayaraq iddia ediblər ki, guya onu bu vəzifəyə mən təyin etmişəm. Qeyd etmək istəyirəm ki, mən 2015-ci ilin mart ayında vəzifədən azad olunmuşam, Yaşar Səfərov isə indiki vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin edilib, ABB-nin hazırkı rəhbərliyinin təyinatıdır. MBA Moskva Bankı barəsində həm Rusiyanın, həm də "Deloitte" kimi mötəbər şirkətlərin audit aktları bir daha sübut edir ki, mənim rəhbərliyim dövründə bu bankın likvidliyi yaxşı olub, bütün illəri mənfəətlə başa vurub. Bankın yeni rəhbərliyi isə məhz törəmə şirkətlərlə səriştəsiz işlədiyi üçün 2015-ci ildə törəmə şirkətlər bu vəziyyətlə üzləşib".

ABB-nin sabiq rəhbəri barəsindəki digər iddialara da münasibət bildirib: "Həmçinin mətuatda qeyd olunur ki, Moskvada qeydiyyatda olan bəzi şirkətlər və Zaur İsazadə Cahangir Hacıyevin benefisiarıdır. Bununla bağlı qeyd edim ki, həmin şirkətlərin və Zaur İsazadənin mənimlə əlaqəsi yoxdur, hazırda həmin şirkətlər və qeyd olunan həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar. Həmin şirkətlər ABB və Maliyyə Nazirliyinin nəzarətindədir və Xəqani Bəşirovla əlaqəli şirkətlərdir. Hazırda da ABB və Maliyyə Nazirliyi Xəqani Bəşirovla Avropada sıx təmasda olmaqla bərabər öz aralarında benefisiarın kim olduğunu müəyyənləşdirirlər. Nəticə olaraq benefisiar məhz həmin şəxslər və qurumlardır.

Ümumiyyətlə, ABB ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə dünyada gedən qlobal böhran məhz ABB-dən də yan keçmədi. ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı. Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi. 2013-cü ildə məhz baş prokuror ABB-nin layihələri olan şirkətlər barəsində cinayət işinə xitam verib və nəticədə bütün hüquqi sənədlər şirkətlərin özünə qaytarılıb. Bundan sonra isə şirkətlər yenidən fəaliyyətə başlayaraq dirçəlməyə başladılar. Bir çox şirkətlər məhz ölkə ərazisində normal fəaliyyətlərini davam etdirməkdə idi. Böhrandan sonra bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Nazirlyi tərəfindən Beynəlxalq Banka subordinasiya krediti verildi, bu kreditin əksər hissəsi isə xarici borclara və yerli layihələrin tamamlanmasına yönəldilib. Buna qədər ABB fiskal orqanlar tərəfindən hər hansı bir yardım olmayıb. Bütün likvidlik xaricdən cəlb olunan resurs hesabına əldə edilib. 2014-cü ildə ABB Avropa qiymətli kağızlar bazarına daxil olaraq 500 milyon avroluq avro bondlar buraxdı. Çox təəssüf ki, vəzifədən uzaqlaşmağım, bu layihənin tamamlanmasına əngəl oldu. Həmçinin o da qeyd olunmalıdır ki, dünyada gedən iqtisadi tənəzzül Azərbaycandan da yan keçmədi, məhz həmin layihələrin tam fəaliyyətində ləngimələrə səbəb oldu, həmçinin ABB rəhbərliyinin dəyişilməsi, o layihələrin həyata keçirilməsini və yekunlaşdırılmasını, ümumiyyətlə, mümkünsüz hala gətirdi.

Əlavə olaraq, məbtuatdan xahiş edirəm ki, informasiya yaymazdan əvvəl mənbələrin mötəbərliyinə diqqət yetirsinlər və dezinformasiya yaymaqdan çəkinsinlər. İnformasiya yaymazdan əvvəl kiçik sənədli araşdırma etsələr, obyektiv həqiqətin nə olduğunu aşkar edəcəklər".

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Sabiq bank rəhbərinin qudası Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunur

29 Aprel 2017 15:19

ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ

29 Aprel 2017 15:18

35 "Viaqra" atıb arvadının yanına getdi

29 Aprel 2017 15:17

Hərbi ekspert: "Ermənistan hərbçilərinin atdığı 3 raketin hamısı boşa çıxıb”

29 Aprel 2017 15:13

"Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı!"

29 Aprel 2017 15:13

İslamiada: VIII yarış günündə Azərbaycan və Fələstin yığmaları üz-üzə gələcək

29 Aprel 2017 15:07

Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

29 Aprel 2017 15:03

İnternetdə bu sözləri əsla yazmayın, ölə bilərsiniz!

29 Aprel 2017 15:01

Türkiyə prezidenti Hindistana səfər edəcək

29 Aprel 2017 14:59

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında gözəl mühit var

29 Aprel 2017 14:55

Lavrov: “ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”

29 Aprel 2017 14:53

Hərbi ekspertlər: "Ermənilərin raketləri istifadə müddəti bitmiş, anbarlarda pas atmış sınıq-salxaq qurğulardır"

29 Aprel 2017 14:52

Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar?

29 Aprel 2017 14:46

Tramp:" Sizin artıq Ağ evdə gerçək dostunuz və sponsorunuz var"

29 Aprel 2017 14:43

Türkiyədə "Wikipedia" saytına giriş bağlanıb

29 Aprel 2017 14:42

Raketlərin heç biri hədəfə dəyməyib - "Ermənilərin təriflədiyi ordu budur?"

29 Aprel 2017 14:42

Ötən gün baş verən yol qəzaları

29 Aprel 2017 14:41

Ekspert: Ermənistan hərbçilərinin buraxdığı 3 raket boşa çıxdı

29 Aprel 2017 14:36

“QRU” Moskvadakı Amerika casusunu dir-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI – FOTO

29 Aprel 2017 14:33

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

29 Aprel 2017 14:33

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29 Aprel 2017 14:32

“CinemaPlus Xəmsə” 1 yaşını qeyd edəcək

29 Aprel 2017 14:27

"2.70 əvəzinə 4 manat alır" - Sərnişinləri ölümə daşıyan mikroavtobuslar - VİDEO - FOTO

29 Aprel 2017 14:22

Türkiyədə məscid tikintisində çökmə

29 Aprel 2017 14:21

Azərbaycanlı şairə oğlu ilə Qubada istirahətdə

29 Aprel 2017 14:17

Fransanın yeni "Napoleon"u

29 Aprel 2017 14:15

Türkiyədə məscid tikintisində çökmə - ölən və yaralananlar var

29 Aprel 2017 14:15

Dondurulmuş limon XƏRÇƏNGİN qarşısını alır

29 Aprel 2017 14:13

Qaradağda akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

29 Aprel 2017 14:12

General Mirvətova "Bildiyimə görə, onun qardaşının Kərəm Həsənovla hansısa problemi olub"

29 Aprel 2017 14:12

"Azersun Holding" Azərbaycan dərman bazarında 20-30% paya sahib olmaq niyyətindədir

29 Aprel 2017 14:12

Bu fotolar hər yerdən silinir, silinməmiş siz də baxın

29 Aprel 2017 14:12

Tanınmış müğənninin azadlığa çıxacağı gün bilindi

29 Aprel 2017 14:09

Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"

29 Aprel 2017 14:05

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

29 Aprel 2017 14:03

Gömrükdə əl arabasından 129 qram qızıl tapıldı

29 Aprel 2017 13:59

Gənclər üçün Təhsil Mərkəzi “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib

29 Aprel 2017 13:57

MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"

29 Aprel 2017 13:52

Səbrsiz bəy ehtirasının qurbanı oldu - FOTO

29 Aprel 2017 13:52

FİFA prezidenti ilə bağlı araşdırma aparılır

29 Aprel 2017 13:49

Qardaşı tutulan MTN əməkdaşı özünü niyə asdı? - İLGİNC FAKTLAR

29 Aprel 2017 13:44

Dünya məşhurlarının DƏBDƏBƏLİ EVLƏRİ

29 Aprel 2017 13:43

Ötən gündə 2 qəza - 1 ölü, 2 yaralı

29 Aprel 2017 13:43

"Arka Sokaklar" ın yeni bölümünün anonsu yayıldı

29 Aprel 2017 13:43

Avni Demirçi: "Banklar investisiyalara kredit ayırmalıdır"

29 Aprel 2017 13:42

Messidən Zidanla bağlı maralı ETİRAF

29 Aprel 2017 13:38

Elçin Quliyevin cinayət işində keçmiş MTN-in qadın generalı ifadə verib

29 Aprel 2017 13:37

"Recep İvedik" pide hazırladı

29 Aprel 2017 13:37

Gömrükdə əl arabasının borularından 129 qram qızıl tapıldı

29 Aprel 2017 13:36

Azərbaycanda qadın müəllim zorla qaçırıldı - Məktəbdən qayıdırmış...

29 Aprel 2017 13:32