Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yarışmanı qazanmasa da, elə təklif gəldi ki...

Yarışmanı qazanmasa da, elə təklif gəldi ki...

Date: 25 December 2015 12:06

Keçən həftə ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Kainat gözəli" yarışmasında aparıcının səhvinə görə 30 saniyəlik "kraliça" olan qıza porno şirkətindən təklif gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, "Vivid Entertainment" şirkətinin rəhbəri Stiven Hirş kolumbiyalı Ariadna Qutyerrez Arevaloya 1 milyon dollar qarşılığına filmə çəkilmək təklifi göndərib.

Harş gənc qızdan tərəf müqabilini özünün seçməsini istəyib. O, yazdığı məktubda Arevaloya "Başına gələnləri maddi baxımdan üstünlüyə çevirməyin yolunu bilirəm" yazıb. Qız isə hələ ki cavab verməyib.

Qeyd edək ki, yarışmada aparıcı əvvəl Arevalonu qalib elan edib. Birinciliyini bayram edən yarışmaçı tacını taxaraq izləyiciləri salamlamağa gedib. Həmin an münsiflər aparıcıya səhv etdiyini deyiblər.

Harvi ikinci dəfə mikrofonu götürərək üzr istəyib, qalibi səhv elan etdiyini deyib.


Tags:  Yarışmanı qazanmasa təklif gəldi

RƏYLƏR


Top news