Nazir Xalça Muzeyinin direktorunu vəzifəsindən azad edib

Nazir Xalça Muzeyinin direktorunu vəzifəsindən azad edib
12:12 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbər Röya Tağıyeva təqaüdə göndərilir. “Report”un xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kolegiya iclasında bəyan edib.
O, R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixdə son veriləcəyini bildirib.
R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizinin icra edəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/nazir-xalca-muzeyinin-direktorunu-vezifesinden-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR