Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Bankın 2 milyard manatlıq problemli aktivləri təmizlənib

Beynəlxalq Bankın 2 milyard manatlıq problemli aktivləri təmizlənib

Azərbaycan Beynəlxalq Bankında YENİ TƏYİNATLAR (16 Mart 2017 13:05)
Çinin bank sistemi dünyada liderdir (06 Mart 2017 20:17)
Ölkədəki bankların aktivləri nə qədərdir? - ARAŞDIRMA (23 Fevral 2017 11:20)

Tarix: 25 Dekabr 2015 12:14

 

 

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinə yenidən baxıb.

 

"APA-Economics"in verdiyi xəbərə görə, agentlik bankın kredit reytinqini "BB" səviyyəsində saxlayıb.

 

Agentliyin mütəxəssisləri bildirir ki, bu qərar Azərbaycan hökumətinin bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi dəstəyi əks etdirir.

 

Məlumatda qeyd edilib ki, noyabr ayında və dekabr ayının əvvəlində bankın 2 mlrd. manat həcmində problemli krediti təmizlənib: "Bank bundan əldə olunan vəsaitin böyük qismini xarici valyutaya konvertasiya edib. Qalan 1 mlrd. manat həcmində problemli kreditin cari ilin sonuna qədər təmizlənməsi planlaşdırılır".

 

Bankın rəhbərliyindən "Fitch"ə verilən məlumata görə, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri addımlar atılacaq.

 


Teqlər:  Beynəlxalq Bankın milyard manatlıq problemli aktivləri təmizlənib



RƏYLƏR


Top xəbərlər