Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada Azərbaycan vətəndaşları böyük miqdarda heroin satışının təşkilinə görə mühakimə edilib

Rusiyada Azərbaycan vətəndaşları böyük miqdarda heroin satışının təşkilinə görə mühakimə edilib

Date: 25 December 2015 12:17

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyada Kansk Şəhər Məhkəməsi 4 kq-dan artıq heroini satmağa cəhd etdiyinə görə 4 nəfəri ümumilikdə 22 illiyə azadlıqdan məhrum edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, mühakimə olunanlardan biri məhz bu iş üçün Qırğızıstandan gəlib, narkoqrupun digər 3 üzvü isə rayon mərkəzində yaşayan Azərbaycan vətəndaşları olub.
Rayon Narkotik Dövriyyəsinə Federal Nəzarət İdarəsindən verilən məlumata görə, istintaq zamanı dörd nəfərin böyük miqdarda heroinin satışı məqsədilə cinayət əlaqəsinə girdiyi aşkar edilib. Onlar narkotik vasitəni İrkutskda almalı və onu Krasnoyarska aparmalıymış.
Amma narkodilerlər Kanskda həbs olunub. Fərdi axtarış zamanı polis şübhəlilərdən birindən 200 qram heroin aşkarlayıb, saxlanılanların avtomobilinə nəzarət zamanı isə əsas yük - 4 kq-dan artıq heroin üzə çıxıb.
Müttəhimlərin hamısı təqsirlərini etiraf edib. Məhkəmənin qərarı ilə narkotacirlərin ikisi 5, ikisi isə 6 illiyə azadlıqdan məhrum edilib. Onların cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyinə qərar verilib. Cinayət işləri üzrə regional məhkəmə kollegiyası məhkumlardan birinin cəzasını azyaşlı uşaqlarının olmasına görə 5 il 11 aya qədər azaldıb.

Tags:  Rusiyada Azərbaycan vətəndaşları böyük miqdarda heroin satışının təşkilinə mühakimə edilib

RƏYLƏR


Top news