Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əbülfəs Qarayev işçilərinə korrupsiya ilə əlaqədar xəbərdarlıq etdi

Əbülfəs Qarayev işçilərinə korrupsiya ilə əlaqədar xəbərdarlıq etdi

Date: 25 December 2015 12:18

Bakı. İlhamə İsabalayeva - Trend:

"Maliyyə Nazirliyi tərəfindən yerlərdə aparılan yoxlamalar onu göstərir ki, bizim yerlərdə müəssisə rəhbərləri arasında, bizim idarələrin özlərində korrupsiya faktları tam aradan qalxmayıb".

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir tam əminliklə qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin daxili strukturunda korrupsiya meylləri mövcud deyil.

Onun sözlərinə görə, hər bir korrupsiya faktına çox qəti reaksiya verməlidirlər: "Biz məcburiyyət üzündən 2-3 nəfər şöbə müdirini işdən çıxarmışıq. Bir necə nəfər musiqi məktəbi direktorunun, kitabxana rəhbərinin işdən azad olunmasına qərar vermişik. Artıq keçən ilin mənzərəsinə baxsaq görərik ki, bu proses əvvəllki illərə nisbətən daha mükəmməl, daha ciddi keçirilib. Bu o deməkdir ki, bu gün dövlətimizin siyasəti üçün Azərbaycanda güclü idarəetmə siyasətinin formalaşdırılması siyasəti prioritetdir".

Ə.Qarayev işçilərinə xəbərdarlıq da edib: "Hər hansı müəssisə rəhbərliyi, hansısa şöbə müdiri, hər hansı bir işçi düşünməsin ki, onun nailiyyətləri, gözəl təcrübə qazanması ona bəraət qazandıracaq. Əgər 20 il yaxşı işləmisənsə, halal xoşun olsun. Amma buraxdığın səhvə görə işdən çıxarılmalısan. Biz hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Lazım gəldikdə onların da müdaxiləsi olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Əbülfəs Qarayev işçilərinə korrupsiya əlaqədar xəbərdarlıq etdi

RƏYLƏR


Top news