Yürgen Klopp: "İngiltərə millisinin bu şəraitdə uğur qazanması çətindi"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp ingilis futbolundakı təqvim haqqında fikirlərini bölüşüb.


Almaniyalı mütəxəssis futbolçuların fasiləsiz oyunlar keçirməsinin sonda İngiltərə millisinə baha başa gələcəyini bildirib:

"Birmənalı olaraq burada qısa müddətdə çox oyun keçirilir. Bir neçə turnir olmasına baxmayaraq, çempionatda fasilə yoxdu. Yəqin hamı razılaşar ki, belə təqvimlə uğur qazanmaq çətindi.

İngiltərədə hamı Hodsonun yığmanı Avro-2016-da çempion edəcəyinə ümid edir. Komandada doğrudan da yaxşı futbolçular var. Ancaq başqa yığmaların oyunçuları istirahət edərkən, onlar bütün il boyu oynayırlar.

İngiltərə millisinin bu şəraitdə uğur qazanması çətindi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR