Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

80 avtomobil toqquşdu, 9 nəfər öldü

80 avtomobil toqquşdu, 9 nəfər öldü

İranda 130 avtomobil bir-biri ilə toqquşdu (25 Mart 2017 14:41)
Zəncirvari QƏZA: 130 avtomobil toqquşdu - VİDEO (25 Mart 2017 12:28)
10 nəfər öldü, 39 nəfər yaralandı - Yol qəzaları bayram günlərində xeyli can aldı (24 Mart 2017 11:44)

Tarix: 25 Dekabr 2015 12:26

Meksikada dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Ölkənin eyniadlı ştatında 80 avtomobilin iştirakı ilə baş verən qəzada ən azı 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə hadisə günorta saat 4 radələrində Meksikanın magistral yollarından birində qeydə alınıb. Kütləvi qəzaya güclü duman səbəb olub. Toqquşan avtomobillər arasında 2 sərnişin avtobusu da olub.

Meksikada qəza


Hazırda hadisə yerinə 100 xilasedici cəlb olunub. Bu səbəbdən magistral yolda nəqliyyatın hərəkəti iflic olub.


Miçiqan ştatında qəza

Bundan əvvəl isə ABŞ-ın Miçiqan ştatında qar bağlamış şossedə çoxsaylı avtomobil qəzası baş vermişdi.

Çətin hava ucbatından 193 avtomobil qəza törətmişdi.Hadisə bir nəfərin ölümü, 22 nəfərin xəsarət alması ilə nəticələnmişdi. Hadisənin səs-küylü olmasına səbəb bəzi yük maşınlarında fişənglərin partlaması olub.

Teqlər:  avtomobil toqquşdu nəfər öldü



RƏYLƏR


Top xəbərlər