Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Unibank”ın reytinqi əvvəlki səviyyədə təsdiqlənib

“Unibank”ın reytinqi əvvəlki səviyyədə təsdiqlənib

Date: 25 December 2015 12:28


Bakı, 25 dekabr, AZƏRTAC
Fitch Ratigns beynəlxalq reytinq agentliyi “Unibank”ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.
Bankdan AZƏRTAC-a bildirilib ki, Fitch ekspertləri vurğulayıblar ki, “Unibank” devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir. Qeyd edək ki, beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün reytinqi “B” səviyyəsində müəyyənləşdirilib.
Beynəlxalq reytinq agentliklərinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan “Unibank”ın reytinqinin yenilənməsinin maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

Tags:  Unibankın reytinqi əvvəlki səviyyədə təsdiqlənib


RƏYLƏR


Top news