Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
12:33 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTC
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda cari ildə görülmüş işlər təhlil edilib və 2016-ci ilin birinci yarısında görüləcək işlərlə bağlı plan təsdiqlənib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, cari ildə ölkə başçısı tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb. Bu ölkəmizdə mədəniyyət və incəsənət, eləcə də turizm sahəsinə göstərilən diqqət və qayğının göstəricisidir.
Ə.Qarayev deyib ki, 2016-ci il Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ regionlarla iş olacaq. Hədəflərimiz bölgələrimizdə mədəni irsimizin təbliği və onun inkişafına yönəldiləcək. Bu səbəbdən də Bakıda fəaliyyət göstərən bütün iri mədəniyyət ocaqları bu istiqamətdə planlar tətbiq etməlidirlər. Biz gərək vaxtaşırı bölgələrdə ustad dərsləri, “dəyirmi masa”lar, konsertlər, seminarlar təşkil edək.
İl ərzində nazirlik tərəfindən həyata keçirilən layihələrdən söz açan nazir bildirib ki, “Bölgələrdən paytaxta” nəyinki uğurlu alınıb, həm də bölgələrin paytaxt sakinlərinə daha yaxından tanıdılmasına əlverişli imkanlar yaradıb.
Son bir ildə rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlərinin təbliği məsələsinə də toxunan Ə.Qarayev deyib ki, artıq nazirliyin saytı və feysbuk səhifəsi istifadəçilərə vaxtında və dəqiq informasiya verilməsini yüksək səviyyədə təmin edir. Bu olduqca mühüm məsələdir. İnsanlar keçiriləcək tədbirlərlə bağlı vaxtında məlumatlandırılmalıdır. Bu səbəbdən də kitabxanalar, muzeylər, konsert müəssisələri daxili saytlarını fəallaşdırmalı və keçiriləcək tədbirləri ilə bağlı vaxtında insanlara məlumat verməlidir.
Tədbir müzakirələrlə davam edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyinin_kollegiya_iclasi_kechirilib-914254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR