Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azad Rəhimov: Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bu günədək 29 lisenziya qazanılıb

Azad Rəhimov: Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bu günədək 29 lisenziya qazanılıb

Date: 25 December 2015 12:33

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ildə Azərbaycanda 91 tədbir keçirilib, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il ərzində 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycanda qəbul edilib. Hazırda Azərbaycanda 33 gənclər evi fəaliyyət göstərir və müxtəlif rayon və şəhərlərdə gənclər evinin tikintisi davam etdirilir.

Nazir əlavə edib ki, 2015-ci ildə Azərbaycanda 46 beynəlxalq yarış, o cümlədən Dünya və Avropa çempionatları təşkil edilib.

A.Rəhimov bildirib ki, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək idmançılarımız 7 idman növü üzrə 29 lisenziya qazanıblar. Nazir qeyd edib ki, bunlar boks (3), atletika (3) avarçəkmə (5), güləş (11), gimnastika (2), ağır atletika (4), taekvando (1) idman növləridir.

Birinci Avropa Oyunlarına toxunan nazir qeyd edib ki, bu yarışma üçün 650 minə yaxın bilet satılmışdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azad Rəhimov Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bu günədək 29 lisenziya qazanılıb

RƏYLƏR


Top news