Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalça muzeyinin direktoru işdən çıxarıldı

Xalça muzeyinin direktoru işdən çıxarıldı

İdarə müdiri işdən çıxarıldı (16 Mart 2017 10:37)
“Turanbank”ın departament direktoru işdən çıxıb (24 Fevral 2017 15:42)
Məşhur brendin baş direktoru işdən çıxarıldı - FOTO (12 Fevral 2017 17:57)

Tarix: 25 Dekabr 2015 12:34

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir.

 

Lent.az-ın “Report”-a istinadən xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.

 

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

 

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

 

Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət elan etmiş, muzeyin direktoru isə işdən azad edilmişdi.

 


Teqlər:  Xalça muzeyinin direktoru işdən çıxarıldı



RƏYLƏR


Top xəbərlər