Xalça Muzeyinin direktoru vəzifəsindən azad edildi

Xalça Muzeyinin direktoru vəzifəsindən azad edildi
12:41 25 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir.
 
Axşam.az-ın “Report”un xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət elan etmiş, muzeyin direktoru isə işdən azad edilmişdi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR