Şəhər məktəblilərinin XXVII spartakiadasının qalibləri mükafatlandırılıb

Şəhər məktəblilərinin XXVII spartakiadasının qalibləri mükafatlandırılıb
12:43 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 25-də Nərimanov Rayon İcra Hakimiyyətində Bakı şəhər məktəblilərinin XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov spartakiadalar barədə məlumat verib. Bildirilib ki, spartakiadalar Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Nərimanov rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunub.
Digər çıxış edənlər də dövlətimizin başçısının gənclər və idman sahəsinə yüksək diqqət və qayğısından danışıb, qaliblərə təbriklərini çatdırıblar.
Sonda qaliblər mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seher_mekteblilerinin_XXVII_spartakiadasinin_qalibleri_mukafatlandirilib-914258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR