Sosial şəbəkələrdən asılılığın səbəbləri müəyyən edilib

Sosial şəbəkələrdən asılılığın səbəbləri müəyyən edilib
12:48 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Amerikalı psixoloqlar sosial şəbəkələrin insan həyatına təsirini araşdırıblar.
AZƏRTAC “dni.ru” saytına istinadən xəbər verir ki, tədqiqatçılar "Facebook” sosial şəbəkəsindən asılılığın formalaşmasının səbəblərini müəyyənləşdiriblər.
ABŞ-da keçirilmiş illik “NCA” konfransında müxtəlif ölkələrdən olan alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər. Məlum olub ki, müəyyən fərdi xüsusiyyətlərə malik insanlar “Facebook” sosial şəbəkəsindən asılılığa daha meyillidirlər. Bu kateqoriyaya özləri haqda yüksək fikirdə olmayan insanlar daxildir. Alimlərin sözlərinə görə, sosial şəbəkədən asılılıq insanlara alkoqol və ya narkotik kimi mənfi təsir göstərmir. Həmçinin alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların daha yumşaq xarakterə və pis yaddaşa malik olduqlarını müəyyən ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_sebekelerden_asililigin_sebebleri_mueyyen_edilib-914260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR