Təhsildəki islahatlar bizə nə vəd edir? – Fikrət Yusifovun təhlili

Təhsildəki islahatlar bizə nə vəd edir? – Fikrət Yusifovun təhlili
12:58 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur. Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək və Azərbaycan iqtisadiyyatın bütün sahələrindəki uğurları ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət başçısının möhkəm iradəsi və buna söykənən tarixi çağırışları var.

“Azərbaycanın gələcək iqtisadi inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək”, - deyən Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti mərhələdə qarşımızda duran əsas fəaliyyət istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı. Sözsüz, Prezidentin bu çağırışlarında həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi inkişafından danışırıqsa, deməli, birinci növbədə təhsilin səviyyəsini artırmağın yolları barədə düşünməliyik. Gələcəyin alimləri indi ali təhsil ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz bu reallıqdan çıxış edərək Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir, bu sahədə davamlı islahatlar aparılmasına xüsusi maraq göstərilir. Prezident İlham Əliyevin təhsillə bağlı çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək! Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması, müəllimlərin əmək haqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinnin nəzərəçarpacaq dərəcədə artırılması, yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış dövlət qayğısının bariz nümanələridir.

Son dövrlər təbii sərvətlər ətrafında dünyada cərəyan edən hadisələr göstərir ki, Azərbaycan Prezidentinin hələ 12 il əvvəl müəyyən etdiyi yeni inkişaf istiqamətləri tamamilə doğrudur. Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə olunması üçün isə şübhəsiz ki, birinci növbədə təhsilin səviyyəsi diqqət mərkəzində olmalıdır. Bəs hazırda vəziyyət necədir? Təhsil sahəsi 2015-ci ili hansı nəticələrlə başa vurur?

Prezidentin 24 oktyabr 2013-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq son iki ildə təhsil sahəsində başlanan islahatların mahiyyəti, qısa müddətdə ölkədə təhsilin beynəlxalq standartlara uyğun formalaşdırılmasını və onun keyfiyyətinin müasir tələblərə cavab verə biləcək bir səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yola saldığımız il ərzində təkcə ölkə başçısı təhsil sistemində aparılan islahatları sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa yönəlmiş 10-a qədər fərman və sərəncam imzalayıb.

Son iki il ərzində aparılan islahatların nəticələri də kifayət qədər diqqət çəkəndir. Hər kəsə bəllidir ki, təhsildə ən ciddi məsələlərdən biri və bəlkə də birincisi yüksək peşə hazırlığı olan müəllimlərin seçilməsidir ki, bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir ki, o, hər gün öz peşə hazırlığını artırmağa və bununla da şagirdlərə və tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül məsələlərdən biri isə budur ki, islahatlar belə müəllimin əməyinin lazımınca dəyərləndirilməsini nəzərdə tutur. Bu yolda atılan addımlar və ilkin nəticələr artıq ortadadır. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin olaraq 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhəlləsində əldə olunan nəticələr kifayət qədər yüksəkdir. Bundan sonrakı mərhəllədə yüksək əmək haqqı alan müəllim belə öz peşə hazırlığını artırmaq hesabına daha yüksək əmək haqqı almaq şansıına malik olacaqdır. Bu şərait mövcud müəllim heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaqdır ki, bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik və peşə səviyyəsi aşağı olan müəllimə etibar etmək, xəstəni tibbi təhsili “3” qiymətə “başa vurmuş” həkimə etibar etmək kimidir.

Təhsil sistemində aparılan islahatlar artıq ölkədə müəllim peşəsinə marağın kifayət qədər yüksəlməsinə səbəb olub. Faktlara nəzər salaq: Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artmış, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur. Müşahidələrimiz göstərir ki, müəllim işləmək istəyənlərin sayı ildən ilə artır. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər tərəfdən, islahatlara uyğun şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə marağın artmasına bilavasitə təsir etmişdir. Bütün bunların nəticəsidir ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artmışdır.

Apardığımız araşdırmalar kənd məktəblərindəki vəziyyətə də işıq salır. Kənd məktəblərində işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilmişdir ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artması deməkdir.

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri də gələcəyə ümidlə baxmağa imkan verir. Ötən illə müqayisədə kifayət qədər ciddi keyfiyyət dəyişikliyi müşahidə olundu. Misal üçün 700 bal toplamış abituriyentlərin sayının ötən illə müqayisədə iki dəfə artmasını, keçid ballarının 200-ə yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə ali məktəblərə qəbul sayında nəzərəçarpan yüksəlişi göstərmək olar ki, bütün bunları da Azərbaycanın təhsil sahəsində son iki ildə aparılmış islahatların nəticəsi kimi qiymətləndirə bilərik. Bu sıraya şagirdlərimizin beynəlxlaq elmi yarışalar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan islahatlar yaxın gələcəkdə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, onları inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüskar və yeniliklərə meyilli, nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaga inkan verəcəkdir. Bu isə cəmiyyətin inkişafının təmin edən əsas məsələdir...

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27

"İyrənc texnologiya" -

25 İyun 2017 22:23

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25 İyun 2017 22:22

Bu axşam fitrə çıxarmağı unutmayın

25 İyun 2017 22:22

Astma xəstəliyinə qarşı istifadə edilən bitki

25 İyun 2017 22:22

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25 İyun 2017 22:22

Cəlilabadda ölümlə nəticələnən QƏZA

25 İyun 2017 22:18

Qan qrupu xarakterinizdən xəbər verir

25 İyun 2017 22:17

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

25 İyun 2017 22:17

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

25 İyun 2017 22:14

Prezident İlham Əliyev Qran-Prinin final yarışına baxıb

25 İyun 2017 22:12

Göygöldə mübahisə etdi, maşını ilə vurdu

25 İyun 2017 22:12

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23

İlan sancması zamanı nə etməli?

25 İyun 2017 21:22

Android telefonları olanlar -

25 İyun 2017 21:20

Bakıda iraqlı turistin meyiti tapıldı

25 İyun 2017 21:19

Kanada vətəndaşı Azərbaycan mahnılarına aşiqdir - VİDEO

25 İyun 2017 21:17

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi - VİDEO

25 İyun 2017 21:17

Diliniz dərdinizdən danışır...

25 İyun 2017 21:17

Plastik qapı-pəncərə alarkən diqqətli olun - VİDEO

25 İyun 2017 21:17

Lənkəranda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarəti almasında şübhəli bilinən şəxs saxlanılıb

25 İyun 2017 21:17

Ramazandan sonra necə qidalanmalı? - VİDEO

25 İyun 2017 21:17

Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır - VİDEO

25 İyun 2017 21:12