Bu il ərzində ölkəmizdə gənclərlə iş sahəsində 91 tədbir keçirilib

Bu il ərzində ölkəmizdə gənclərlə iş sahəsində 91 tədbir keçirilib
13:03 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Bu il Azərbaycanda gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Bunlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli tədbir olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 25-də gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, cari ildə 199 gənc xarici ölkələrə ezam olunub. Həmçinin 771 əcnəbi gənc Azərbaycana səfər edib. İl ərzində elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gənc “Gənclər üçün Prezident mükafatı” il təltif edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_erzinde_olkemizde_genclerle_is_sahesinde_91_tedbir_kechirilib-914264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR