Xalça Muzeyinin direktoru təqaüdə göndərildi

Xalça Muzeyinin direktoru təqaüdə göndərildi
13:05 25 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilib. Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək onun vəzifəsini müvəqqəti olaraq muzeyin işçisi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Ə.Qarayev qeyd edib: "Röya Tağıyevanın artıq 71 yaşı var. O, təcrübəli muzey işçisidir. Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək".

Nazir bildirib ki, Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü: "Sösüz ki, bu məsələlərdə rəhbərliyin günahı var idi. Maliyyə, sənəd işlərində çatışmazlıqlar var idi. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR