​Azad Rəhimov: "10 milyonun arasında 11 futbolçu tapmaq olar"

​Azad Rəhimov: "10 milyonun arasında 11 futbolçu tapmaq olar"
13:07 25 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, tədbirdə jurnalistlərin suallarını nazir Azad Rəhimov cavablandırıb.
A.Rəhimov ilk olaraq cari ildə görülən işlərlə bağlı məlumat verib: "Federasiyalarla birgə 200-dən artıq respublika yarışları təşkil edilib. Bunlardan 46-sı beynəlxalq yarış olub. İdman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 101 təlim-məşq toplanışında iştirak edib. Orada 6000-ə qədər idmançı 65-i Azərbaycanda, 36-sı isə xaricdə olmaqla toplanışda olublar".
Nazir Azərbaycan idmançılarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 29 lisenziya qazandıqlarını xatırladıb. Bildirib ki, XXXI Yay Olimpiya Oyunlarına bu qədər lisenziya 7 idman növü üzrə sahibini tapıb: "Digər ənənəvi idman növlərindən əlavə, velosiped və triatlonçularımızdan da uğur gözləyirəm".
A.Rəhimov devalvasiyanın nazirliyin büdcəsinə təsir etmə ehtimalından da danışıb: "Nazirlik xaricdən mal idxal etmir və satmır. Ona görə də inanmıram ki, təsir etsin. Bu məsələlər sarıdan əminəm ki, bizdə problem olmayacaq".
Azərbaycan Otüstü Xokkey Federasiyasının vəziyyətli ilə bağlı danışan nazir işlərin federasiya tərəfindən aparıldığını və yalnız nazirlik tərəfindən dəstəkləndiyini deyib. O bildirib ki, bu səbəbdən nazirlik federasiyanın işlərinə qarışmır. 
Gənclər və idman naziri futbol haqda da fikirlərini bölüşüb. Onun sözlərinə Azərbaycanda futbolun inkişaf etməsi üçün gənclərin yetişdirilməsinə üstünlük verilməlidir: "İdmanda yeni nəsil formalaşmasa, yeni gənclər olmasa, orada inkişaf ola bilməz. Hər bir idman klubunun akademiyası olmalı, futbolçu yetişdirilməlidir. Təxminən 10 milyon əhalisi olan Azərbaycanda 11-15 nəfər futbolçu tapmaq olar. Sadəcə, gələcək nəslə böyük diqqət yetirilməlidir".
Qolfun durumundan da danışan nazir bildirib ki, müvafiq federasiya daha fəal işləməlidir: "Bizim bir neçə qolf sahəmiz var və federasiya tərəfindən iş aparılmalıdır. Əsas məsələ maddi-texniki bazadır. Bu gün Quba və Bakıda o imkanlar var. Ancaq burada federasiya daha fəal işləməlidir. Hazırda iş zəif gedir və biz bununla razı deyilik. Reqbidə də işlər zəif aparılır. Belə getsə, biz nazirlik olaraq, müdaxilə edəcəyik".

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azad-rehimov-10-milyonun-arasinda-11-futbolcu-tapmaq-olar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR