Yola saldığımız ildə Azərbaycan idmançıları 823 medal qazanıblar

Yola saldığımız ildə Azərbaycan idmançıları 823 medal qazanıblar
13:08 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 823 medal qazanıblar. Bu medallarda 321-i qızıl, 222-si gümüş, 280-i isə bürüncdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin idman yekunları ilə əlaqədar dekabrın 25-də keçirilən mətbuat konfransında deyib.
Azad Rəhimov qeyd edib ki, 2015-ci ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 46 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.
Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 101 təlim-məşq toplanışında iştirak ediblər. Təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə təşkil olunub. Bu hazırlıq proseslərində ümumilikdə 6 min idmançı iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yola_saldigimiz_ilde_Azerbaycan_idmanchilari_823_medal_qazaniblar-914266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR