Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq

Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq

Date: 25 December 2015 13:13


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru olan "Bakcell" şirkəti Bakı şəhərindəki avtobus dayanacaqlarında Wi-Fi xidmətinin istifadəsini genişləndirəcək.
“Huawei” və “Bakcell” şirkətlərinin birgə həyata keçirdikləri kampaniya çərçivəsində 2016-cı ildən paytaxtda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq.
"Bakcell"dən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin noyabr ayından “Huawei & Bakcell LTE Campaign” layihəsi üzrə Bakıda təxminən 10 dayanacaqda Wi-Fi modemləri quraşdırılıb. Sərnişinlər dayanacaqda olarkən şirkətin təqdim etdiyi Wi-Fi xidməti ilə elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola bilirlər.
Şirkətin 2014-cü ildən təqdim etdiyi Wi-Fi internet xidmətindən 50 mindən artıq abunəçi, eləcə də "Bakcell" şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıblar. Hazırda mobil operator 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.
 

Tags:  Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq


RƏYLƏR


Top news