Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

XİN: Ermənistan təxribatçı addımlarla diqqəti Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllindən yayındırmağa çalışır

XİN: Ermənistan təxribatçı addımlarla diqqəti Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllindən yayındırmağa çalışır

Date: 25 December 2015 13:17

Bakı. 25 dekabr. REPORT.AZ/ "Reallıq belədir ki, müharibə artıq 20 ildən çoxdur davam edir və atəşkəs rejimi olduqca nisbi xarakterlidir".
"Report" "i24News" telekanalına istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində bir müddət əvvəl yaşanmış gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, təmas xəttində gərginlik Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz şəkildə yerləşməsindən qaynaqlanır. XİN mətbuat xidmətinin rəhbəri Ermənistan bu ərazilərdə etnik təmizləmə apardığını da əlavə edib.
"Münaqişənin həlli üçün beynəlxalq hüquq prinsipləri əsasında konkret təkliflər var. Amma yüksək səviyyəli görüşlərdən əvvəl ermənilərin təxribatçı addımlar və fikirlərlə vəziyyəti gərginləşdirməsi artıq tendensiya halını alıb", - H.Hacıyev bildirib.
XİN sözçüsünün fikrincə, Ermənistan bu cür hərəkətlərdə, həmçinin diqqəti münaqişənin sülh yoluyla həllindən yayındırmağa çalışır.

Tags:  XİN Ermənistan təxribatçı addımlarla diqqəti Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllindən yayındırmağa çalışır


RƏYLƏR


Top news