Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azixantrop” İsveç və Almaniyada “İşğalçı dövlətə sanksiya!” aksiyası keçirdi (FOTO)

“Azixantrop” İsveç və Almaniyada “İşğalçı dövlətə sanksiya!” aksiyası keçirdi (FOTO)

Date: 25 December 2015 13:18

Bakı. Samir Məmmədov-Trend:

Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində “Azixantrop” Tarixi Araşdırmalar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 19 noyabr-5 dekabr tarixlərində İsveç və Almaniyada həyata keçirdiyi “İşğalçı dövlətə sanksiya” layihəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, tədbir çərçivəsində Almaniyadakı Azərbaycan Evində, Avropa Atatürk Düşüncə Dərnəyinin ofisində və İsveçdə ermənilər tərəfindən işğal nəticəsində Dağlıq Qarabağ ərazisində əsir düşmüş, girov götürülmüş insanların taleyi barədə konfranslar keçirilib, ictimaiyyətə faktlarla məlumatlar verilib, İsveç parlamentinin qarşısında və ali təhsil ocaqlarında icazəli təbliğat aksiyaları keçirilib, ictimai yerlərdə təşkilatın alman və ingilis dillərində tərtib etdiyi yazılı anket sorğuları təşkil edilib, Əsir və İtkin düşmüş, girov Götürülmüş vətəndaşlarıla iş üzrə Dövlət Komissiyasının nəşrləri ictimai yerlərdə paylanılıb, kitabxanalara verilib. Həmçinin təşkilat Azərbaycanın işğal edilmiş ərazilərinin İsveç dərsliklərinə salınması ilə bağlı İsveç Xarici İşlər Nazirliyində görüşlər keçirərək onlara etiraz məktubu təqdim edib.

Layihə çərçivəsində təşkilat üzvləri İsveçdə maneələrlə qarşılaşsalar da, təbliğat tədbirləri baş tutub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azixantrop İsveç Almaniyada İşğalçı dövlətə sanksiya aksiyası keçirdi FOTO

RƏYLƏR


Top news